iSchool

AP dərsləri: Faydaları və universitetlərə təsiri nələrdir?

AP Proqramı nədir?

 

  AP (Advanced Placement) – ABŞ-da College Board tərəfindən yaradılmış beynəlxalq proqramdır. Bu proqram çərçivəsində orta məktəb şagirdlərinə universitet səviyyəsində dərslər tədris  olunur. Şagirdlər tədris ilin sonunda AP imtahanı verərək əldə etdikləri sertifikatlar əsasında bir neçə xarici universitetlərdən dərs kreditləri əldə edə və ya qəbulda üstünlük qazana bilərlər. AP proqramı, xüsusilə xaricdə təhsil almaq istəyən və ya akademik olaraq fərqlənmək istəyən şagirdlər üçün ideal seçim sayılır.

 

AP proqramında müxtəlif sahələri əhatə edən 30-dan çox fənn mövcuddur. Ən çox seçilən AP fənləri aşağıdakılardır:

AP Chemistry

AP Physics

AP Calculus

AP English Language & Literature

AP History (World History, U.S. History)

AP Computer Science

AP Economics (Micro və Macro)

Bu fənlər həm də şagirdlərin analitik düşünmə, tədqiqat aparmaakademik yazı bacarıqlarını inkişaf etdirir.

 

AP kurslarının faydaları

AP dərslərinin əsas faydaları:

Universitet kreditləri – AP imtahanından yüksək bal alan tələbələr bir neçə universitetlərdə AP sertifikatı əldə etdikləri fənni yenidən oxumağa ehtiyac duymurlar.


Qəbulda üstünlük – Xüsusilə ABŞ, Kanada və Avropa universitetləri AP nəticələrini nəzərə alır və bu proqram üzrə sertifikat qazanan tələbələri daha hazırlıqlı hesab edirlər.

 

Təqaüd imkanları – AP sertifikatı əldə edən şagirdlər üçün təqaüd proqramına müraciət prosesində təqaüd proqramını qazanmaq şansı daha çoxdur.

AP nəticələrinin universitetlərə təsiri

        AP dərsləri beynəlxalq universitetlər üçün tələbənin hazırlıq səviyyəsinin göstəricisidir. Məsələn:

  • ABŞ universitetləri AP imtahan balı əsasında dərs kreditləri verir.
  • Kanada və Avropa universitetləri isə AP nəticələrini qəbul prosesində əlavə üstünlük kimi qiymətləndirir.
  • Bəzi universitetlər isə AP dərslərinin sayına və nəticələrinə görə təhsil müddətini  1 il öncədən bitirmə  imkanı təqdim edir.Əgər siz də AP dərslərinə başlamaq və akademik səviyyənizi yüksəltmək istəyirsinizsə, bizimlə əlaqə saxlayın və bu yolda ilk addımınızı atın!

 

 

 

Yazını paylaş: